FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
SOSİAL
15:46 12.05.2024
404
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

"Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir", - nazirlikdən bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 160 nəfər xilas edilib, ölənlər var
16:00 30.08.2026
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 160 nəfər xilas edilib, ölənlər var
Kral onlara maliyyə dəstəyi göstərməyəcək
15:53 30.08.2026
Kral onlara maliyyə dəstəyi göstərməyəcək
UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR
15:51 30.08.2026
UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR
Çexiyada təyyarə qəzası: Pilot həlak oldu
15:46 30.08.2026
Çexiyada təyyarə qəzası: Pilot həlak oldu
“Yaxşı ki, Tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
15:41 30.08.2026
“Yaxşı ki, Tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
15:36 30.08.2026
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava ilə bağlı - Xəbərdarlıq
15:34 30.08.2026
Küləkli hava ilə bağlı - Xəbərdarlıq
Azərbaycanda toy ənənəsi dəyişir - Bahalı müğənnilər toylara dəvət olunmur…
15:28 30.08.2026
Azərbaycanda toy ənənəsi dəyişir - Bahalı müğənnilər toylara dəvət olunmur…
Oksana Rəsulovanın paylaşdığı azyaşlı ilə bağlı görüntülər gündəm oldu: DİN hərəkətə keçdi
15:16 30.08.2026
Oksana Rəsulovanın paylaşdığı azyaşlı ilə bağlı görüntülər gündəm oldu: DİN hərəkətə keçdi
Rusiya Xarkov vilayətində dinc sakinlərə zərbə endirdi – Ölənlər var
15:06 30.08.2026
Rusiya Xarkov vilayətində dinc sakinlərə zərbə endirdi – Ölənlər var
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
14:58 30.08.2026
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı
14:50 30.08.2026
24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı
“Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var”
14:43 30.08.2026
“Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var”
Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
14:38 30.08.2026
Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
Türkiyədə 13 kvadratmetr sahəsi olan ev tikildi – Qiyməti 18,6 min dollar
14:35 30.08.2026
Türkiyədə 13 kvadratmetr sahəsi olan ev tikildi – Qiyməti 18,6 min dollar
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
14:24 30.08.2026
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək