Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
HADİSƏ
20:25 04.07.2025
831
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat qəzasında 3 nəfər xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Ələt–Astara yolunun Cəlilabad rayonuna giriş hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Corolla" markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR