AFFA bu klubları cərimələdi

AFFA bu klubları cərimələdi
İDMAN
16:43 26.12.2025
246
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

AZXEBER.COM Manset.aza istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 16-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub: 

"Kəpəz” – "Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Kəpəz” 2500 manat cərimə edilib.

Eyni matçda "Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Gəncə təmsilçisi 7000 manat cərimə edilib.

"Karvan-Yevlax” – "Neftçi” oyununda "Karvan-Yevlax”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Həmin görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "Karvan-Yevlax” komandası 5000 manat cərimə edilib.

Sözügedən oyunun 90+8-ci dəqiqəsində "Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə "Neftçi” 4000 manat cərimələnib.

Eyni matç bitdikdən sonra "Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərərin paytaxt klubu  tərəfindən qarşılanmasına qərar verilib.

"Qəbələ” – "Qarabağ” oyununda "Qəbələ”nin 4 nəfər sarı vərəqə aldığı üçün əyalət təmsilçisi 700 manat cərimə edilib.

Eyni görüşdə "Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılayacaq. "Qəbələ” isə 10000 manat cərimə edilib.

Bu görüşdə "Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam klubu 5000 manat cərimələnib.

"Araz-Naxçıvan” – "Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün "Araz-Naxçıvan” 2000 manat cərimə edilib.

"Sumqayıt” – "Sabah” oyununda "Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl klinikalarda problemlər artır? – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır? – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi
11:14 22.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi
Bakı dünyanın ən yaxşı tələbə şəhərləri sırasında ilk 100-lükdə
10:47 22.07.2026
Bakı dünyanın ən yaxşı tələbə şəhərləri sırasında ilk 100-lükdə