2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?

2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
SOSİAL
15:05 21.07.2026
402

Dövlət idarəçiliyində kadr dəyişiklikləri 2026-cı ildə də diqqət mərkəzində olub. İl ərzində müxtəlif dövlət qurumlarında rəhbər heyətin yenilənməsi davam edib, bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrlə vidalaşıblar. Dəyişikliklərin bir hissəsi yeni təyinatlar və struktur islahatları ilə əlaqələndirilsə də, bəzi hallarda səbəb kimi şəxsi istək, yaş həddi, səhhət və ya səlahiyyət müddətinin başa çatması göstərilib.

AZXEBER.COM 2026-cı ildə vəzifəsindən azad edilən əsas vəzifəli şəxslərin siyahısını təqdim edir:

Məhəmməd Paşazadə – "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-də sədrin müşaviri vəzifəsindən azad olunub. ASCO onun öz ərizəsi ilə işdən ayrıldığını açıqlayıb.

Vüqar Qurbanov – TƏBİB-in Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad edilib. Onun səlahiyyətləri müvəqqəti olaraq icraçı direktorun müavini Anar İsrafilova həvalə olunub.

TƏBİB-də geniş kadr islahatı – Struktur dəyişiklikləri çərçivəsində İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, eləcə də bir sıra şöbə müdirləri və məsləhətçilər vəzifələrindən azad ediliblər. Qərarlar yeni icraçı direktor Anar Bayramovun rəhbərliyi dövründə həyata keçirilən struktur islahatları çərçivəsində qəbul olunub.

Müşfiq Məmmədov – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad olunub. Nazirliyin məlumatına görə, o, səhhətində yaranan problemlərlə əlaqədar öz arzusu ilə ehtiyata buraxılıb.

Zaur İbrahimov – Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin müavini nazirin əmri ilə öz ərizəsi əsasında vəzifəsindən azad edilib

Balabəy Balabəyov – Siyəzən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi yaş həddinə çatdığı üçün təqaüdə göndərilib və vəzifəsindən azad olunub

Tovuz Rayon İcra Hakimiyyəti – Rayon İcra Hakimiyyətində aparılan struktur islahatları nəticəsində 43 əməkdaşın dövlət qulluğuna xitam verilib. Müvafiq qərar rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə qəbul olunub.

 
Fəridə Əsədzadə 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı