AZXEBER.COMxəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, sabah Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq:
"Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.
Eyni zamanda sabah Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq "Karxana-601” yarımstansiyasından çıxan 6 kV-luq 18 saylı şəhər hava xəttində təmir işləri aparılacaq.











































