Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
SOSİAL
17:37 24.06.2026
590
Sabah Lənkəran rayonunun bəzi qəsəbə və kəndlərində təbii qazın verilişi dayandırılacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Nərimanabad və Balıqçılar qəsəbələrinin, Üzümçülük kəndinin, həmçinin Liman şəhərinin M. Ə. Rəsulzadə və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

OXŞAR XƏBƏRLƏR