Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu
DÜNYA
19:31 26.06.2026
310
Yaponiyanın Honşu adasının cənub sahilləri yaxınlığında 5,6 maqnitudalı zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında deyilir.

Zəlzələ ocağı 20 km dərinlikdə yerləşib. Tokio yaxınlığındakı güclü zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.

Yeraltı təkan 561 min əhalisi olan Haçiojidən 24 km cənub-qərbdə, Otsukidən (əhalisi: 31,2 min) isə 10 km cənub-şərqdə baş verib.

Dağıntı və tələfat barədə məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR