Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
SOSİAL
20:39 18.08.2026
151
Avqustun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zağulbada 24-25, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR