AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov vəfat edib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, o, noyabrın 2-də səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Qurban Bayramov Azərbaycan Dövlət Televiziyasında "Ədəbiyyatşünaslıq və zaman" və "Ədəbiyyat" (1982-1992) adlı elmi-kütləvi və tədris televiziya verilişlərinin müəllifi və aparıcısı olub. O, ümumilikdə 500-dən çox elmi və publisistik məqalənin müəllifidir.











































