"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi

"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
İDMAN
04:00 09.11.2026
85
"Fənərbağça" müvəqqəti baş məşqçi Dirk Kuytla yollarını ayırıb. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra komandanın sükanı arxasına keçmiş və "Liverpul" üzərində tarixi qələbədə mühüm rol oynamışdı.

Kuyt mövsümün qalan hissəsində Emre Belözoğlunun məşqçilər korpusunda yer almayacaq.

Kuyt "Fənərbağça"nı müvəqqəti baş məşqçi kimi iki oyuna çıxarıb. Komanda bu görüşlərdə bir qələbə qazanıb və bir dəfə məğlub olub.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR