Azərbaycanda ehtiyac meyarı 2027-ci ildə 14 manat artırılacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində bildirilib.
Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən ehtiyac meyarının 314 manat müəyyən edilməsi təklif olunur.
Qeyd edək ki, 2026-cı ildə Azərbaycanda ehtiyac meyarı 300 manat, 2025-ci ildə isə 285 manat təşkil edib.
2027-ci il üçün təklif olunan məbləğ 2026-cı illə müqayisədə 14 manat, 2025-ci illə müqayisədə isə 29 manat çoxdur.
Fəridə Əsədzadə











































