Ödəmə kartları satışda

GƏNCLİK
10:36 06.01.2011
2694

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər.

Bunun üçün abituriyentlər qiyməti 3 manat olan TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən, TQDK-nın “Abituriyent” satış köşkündən, eləcə də Komissiyanın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən əldə etmək olar.

 

 

Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilərlər.

 

 

 

OXŞAR XƏBƏRLƏR