30 il sonra Azərbaycan təyyarəsi İrəvana endi: “Bu görüşlər davamlı olacaq”

30 il sonra Azərbaycan təyyarəsi İrəvana endi: “Bu görüşlər davamlı olacaq”
SİYASƏT
12:34 23.10.2025
874
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin İrəvanda ikitərəfli dəyirmi masası baş tutub.
 
Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.
 
Azərbaycanı təmsil edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov  AZXEBER.COM-a açıqlamasında bildirib ki, dünən baş tutan görüşdə üçüncü tərəf iştirak etməyib:
 
"Bu görüş vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşü idi. Görüşə hər iki hökumət təşkilatçılıq baxımından səy göstərdi. Bildiyimiz kimi Azərbaycan Hava Yollarına məxsus təyyarə 30 ildən sonra ilk dəfə Ermənistanın paytaxtına eniş etdi. Görüş çərçivəsində bir çox məsələlər müzakirə edildi".
 
Fərhad Məmmədov İrəvandakı görüşün digər görüşlərdən fərqini belə izah edib:
 
"Onsuzda biz bəzi beynəlxalq tədbirlər çərçivəsində xarici təşklilatların təşkil etdiyi müzakirələrdə Ermənistandan olan ekspertlərlə görüşürük. Amma bu görüş ikitərəfli formatda baş tutdu. Burada nə təşkilatçılıq, nə təşəbbüs baxımından üçüncü tərəf iştirak etmədi". 
 
Məmmədov qeyd edib ki, Vaşinqton görüşündən sonra hökumətlər qarşılqlı addımlar atır:
 
"Vaşinqton görüşü zamanı imzalanan birgə bəyanatdan sonra elə bir mühit formalaşıb ki, hökumətlər qarşılılı addımlar atır. Müəyyən dərəcədə birgə fəaliyyət təmin olunub. Elə bir tarixi şərait formalaşıb ki, təkcə vətəndaş cəmiyyəti deyil, həmçinin ekspert, media səviyyəsində birgə fəaliyyətin təşkili aktualdır. Belə olan halda bu dövrü qiymətləndirərək belə bir addım atıldı. Ümid edirik ki, bu format görüşlər davamlı olacaq və belə görüşlərin təşkili artıq normaya çevriləcək. İkitərəfli görüşlər diplomatik, iqtisadi və vətəndaş cəmiyyətinin dialoqu formatında qorunub-saxlanacaqdır".
 
Fərhad Məmmədov həmçinin bildirib ki, görüşlər bu ardıcıllıqla davam etsə, Ermənistan tərəfinin də Azərbaycana səfəri gözləniləndir:

"Bu görüş ikitərəfli formatda və Ermənistanın paytaxtında baş tutdu. Əgər bu fəaliyyət davam edəcəksə, təbii ki, onların da Azərbaycana səfəri nəzərdə tutulacaq”.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR