İctimai Teleradio 2010-cu ildəki fəaliyyətinə görə mükafatlandırıldı

GƏNCLİK
15:24 06.12.2010
2538

“Business Time” jurnalının təsis etdiyi illik mükafatın təqdimat mərasimi “Buta Palace”da olub.

Mərasimdə İctimai Teleradionun MDB-də ilk dəfə olaraq Avropa Yayımları Birliyinin Baş Assambleyasına ev sahibliyi etdiyi xüsusi vurğulanıb. Bildirilib ki, İctimai Televiziya artıq Azərbaycanda beynəlxalq layihələrin ünvanı kimi tanınan bir media quruma çevrilib. 2010-cu ildə əldə olunan nailiyyətlər sırasında “Eurovision Mahnı Müsabiqəsi”ndə Azərbaycanın iştirakını uğurla təşkil etməsi, parlament seçkilərini yüksək peşəkarlıqla işıqlandırması, bütün namizədlərə pulsuz efir vaxtı ayırması diqqətə çatdırılıb. Həmçinin Türkiyə, Gürcüstan, Macarıstan, Ukrayna, Rusiya, Belorus və digər ölkələrlə mütəmadi olaraq telekörpülər həyata keçirdiyi, İctimai Televiziyanın artıq film istehsal edən bir quruma çevrildiyi, şirkətdə bu günədək 100-dən çox sənədli və bədii film çəkildiyi bildirilib. 

Yaradıcılıq sahəsindəki uğurlarla yanaşı, ölkə prezidenti cənab İlham Əliyevin birbaşa himayəsi ilə İctimai Teleradionun əməkdaşları üçün yaşayış binasının tikintisinə də başlandığı bildirilib. //lent.az

 

OXŞAR XƏBƏRLƏR