ŞOK! BDU-ya “Yeni Müsavat”la daxil olduğu üçün təzyiqə məruz qaldı (EKSKLÜZİV)

GƏNCLİK
11:37 27.04.2011
2500

Hadisə ilə bağlı AZXEBER.COM portalı həmin gənclə görüşüb. Qərb Universitetinin tələbəsi olduğunu söyləyən Rüfət Əliyev hadisənin təfərrüatları barəsində əməkdaşımıza danışıb: 

- Özünüzü təqdim edin zəhmət olmasa…

- Rüfət Əliyev Qərb Universitetinin Politologiya fakültəsinin tələbəsiyəm. 

- Bakı Dövlət Universitetinə niyə gəlmişdiniz? Hadisə ilə bağlı məlumat verin zəhmət olmasa…

Universitetin qapısında müəlliməyə dərslə bağlı vərəqlər verəcəkdim. BDU-nun tələbəsi olmadığım üçün məni yalnız qapının qarşısında gözləməyə icazə verdilər. Mənsə bir kənarda sakitcə müəlliməmi gözləyirdim. Bu zaman, özünü mühafizəçilərin rəisi kimi təqdim edən bir şəxs mənə yaxınlaşdı və əlimdəki “Yeni Müsavat” qəzetini gördü. Həmin şəxs mənə “Bu nə qəzetdi, başqa qəzet tapmadın oxumağa?” deyərək, qolumdan tutdu və itələdi. Mənsə bunun səbəbini anlamadığımı və hər kəsin qəzet oxumaq hüququnun olduğunu söylədim. Onlar isə buna məhəl qoymadan məni çölə çıxartmağa çalışdılar, mənə kobudluq etdilər.

- Sizcə bunun səbəbi nə idi?

- Bunun bir səbəbi var o da “Yeni Müsavat” qəzetinin əlimdə olmağı. 

- Belə çıxır ki, qəzet oxuduğunuza görə sizi polis bölməsinə aparmaq istəyirdilər? 

- Bəli, məni bölməyə aprmaq istədiklərini söylədilər və məni hədələdilər. 

- Siz hansısa partiyanın üzvüsünüz?

- Xeyr. Mən heç bir partiyanın üzvü deyiləm, sadə Azərbaycan vətəndaşı, gənciyəm. 

- Bildiyiniz kimi, BDU tələbəsi olmayan şəxslər universitetə buraxılmır. Ola bilərmi ki, məhz buna görə universitetdən uzaqlaşdırıldınız?

- Bəli, mən onlara sadəcə dərs vəsaitlərini vermək üçün burada olduğumu söylədim. Onlar da mənim tələbə biletim olmadığı üçün, haqlı olaraq qapıda gözləməyimi xahiş etdilər. Mənsə razılaşdım. Sonra isə “Yeni Müsavat”ı görüb, mənə aqressiv davranmağa başladılar. 

- Qeyd etdiniz ki, heç bir partiyanın üzvü deyilsiniz. Belə çıxır ki, aksiyalarda,mitinqlərdə də iştirak etmirsiz?

- Yox, mən 17 aprel aksiyasında iştirak etmişdim, məni apardılar Qobustana, sonra buraxdılar. 

- Buna görə universitetdə sizə təzyiq olunurmu?

- Xeyr, Qərb Universitetində heç bir problem yaradılmır. Hətta, “Müsavat” başqanın müavini Arif Hacılının yaxın qohumu bizimlə oxuyur. Qərb Universitetində belə ab-hava yoxdur. 

OXŞAR XƏBƏRLƏR