ŞOK! Qəddafi əsgərləri qardaşı bacısını zorlamağa məcbur etdi

ŞOK! Qəddafi əsgərləri qardaşı bacısını zorlamağa məcbur etdi
Bütün Xəbərlər
20:28 09.06.2011
6360

Xatırladaq ki, bundan əvvəl polkovnikini əsgərləri bu məqsədlə viaqra dərmanından istifadə ediblər. Məhkəmənin prokuroru Luis Moreno-Okampo bildirib ki, şahid ifadələrinə görə, polkovnikini dəstələri qutularla cinsi həvəsi stimullaşdıran dərman preparatları alıblar. Prokuror hesab edir ki, cinsi təcavüz Qəddafinin yeni represiya üsuludur. Onun sözlərinə görə, əvvəllər polkovnik bu üsuldan istifadə etməyib. Amma son vaxtlar artıq faktlarla bəlli olub ki, zorlama metodu ilə Qəddafi insanları qorxutmaq və özünə tabe etdirməyə çalışır. O həmçinin əlavə edib ki, hərbi cinayətlərlə yanaşı, Qəddafi və onun ətrafı zorlamalarda da ittiham oluna bilər. Artıq prokuror Qəddafi, onun oğlu Seyf əl-İslam və kəşfiyyat rəhbəri Abdulla Sanussinin həbs edilməsinə order verilməsi üçün Haaqa məhkəməsinə müraciət edib. Prokuror bildirir ki, Qəddafi və onun ətrafı kütləvi iğtişaşlar zamanı silahsız insanları öldürülməsində günahkardır və buna görə onlar məhkəmə qarşısına çıxarılmalıdırlar.

Qardaşı bacısını zorlamağa məcbur edirlər

Qeyd edək ki, mətbuat Liviyada qadın və uşaqların polkovnikin əsgərləri tərəfindən zorlanması haqda məlumatlar da yayıb. Şahidlərin bildirdiyinə görə, əsgərlər nəinki qadınlara, hətta azyaşlı uşaqlara qarşı da seksual təcavüz hərəkətləri edirlər. Belə hadisələri gözləri görənlər qeyd edirlər ki, əsgərlər qadınları zorlayır və onların yaxınlarını buna baxmağa məcbur edirlər. Hətta deyilənlərə görə, əsgərlər iki bacını qrup halında zorladıqdan sonra onların qardaşlarını da bunu etməyə məcbur etmişlər.

Qeyd edək ki, hələlik rəsmi Tripoli bu ittihamlara heç bir reaksiya verməyib.

//Merkez

OXŞAR XƏBƏRLƏR