Şokolad insanı xoşbəxt edirmiş...

Şokolad insanı xoşbəxt edirmiş...
MARAQLI
10:23 11.02.2011
2544

 

Şokolad insanın əhval-ruhiyyəsini qaldırır. Şokolad yedikcə insan bir daha yemək istəyir, gözəl ətri insanı valeh edir, iştaha gətirir.

Şokoladın tərkibində olan yağ organizmə daxil olduqda,  xolesterol artımına səbəb olmur, hətta xolestrolun azalmasına kömək edir. Şokolad nə qədər qara olsa tərkibində kakao yağının miqdarı da yüksək olur. Bu da xolesterolu azaltmasını göstərir. 

Şokoladın organizm üçün zərərindən çox xeyri var. Ən əsası ürəyi qoruyur. Çünki, tərkibində qırmızı şərab (çaxır) və yaşıl çayda olan və ürəyi qoruduğu təsbit
edilən flavonoid maddəsi var. Bu maddənin antioksidant təsirinin də
ürəyi qoruduğu Amerika Kordioloqlar Assosiasiyası tərəfindən sübut edilən faktdır. Ancaq şokoladda iştirak edən antioksidant miqdarı tərəvəz və meyvələrdə olanlara görə daha azdır.

Şokolad, E və B vitaminləri, dəmir, maqnezium, kalium cəhətdən zəngin bir
qidadır. Elə bu vitamin-minerallarına görə də bədənin ehtiyaclarını ödəmək baxımından zəngin qida qaynağıdır. 

Mütəxəssislər şokoladın bir özəlliyini də qeyd edirlər: o, insanlar arasında eşq təsiri yaradır. Onun afrodizyak təsiri də aşkarlanıb. Bu möcüzəli qida tərkibində saxladığı "phenylethyamine" maddəsiylə insanda eşq həvəsi yaradır, yəni şokolad həvəskarları daha asan aşiq ola bilir.

İlk şokolad fabriki 1765 -ci ildə Amerikada açılıb. II Dünya Müharibəsi illərində ABŞ  höküməti şokoladın möcüzələrinin fərqinə vararaq, əsgərlərini bu ləzzətli qida ilə təmin etməyə başladı. Şokaladın bir rolu da müttəfiq əsgərlər arasında qruplaşmaq ruhunu aşılamaq oldu. Hətta astronotlar dietalarında şokaladdan istifadə etməyə başladılar. 
Bütün bunlardan başqa şokaladın ən əsas 13 faydası var ki, bunları bilməyiniz məsləhətdir:

1. Şokoladın içində olan antioksidanlar xərçənglə mübarizədə faydalıdır. Kakao qırmızı şəraba nisbətlə iki; yaşıl çaya nisbətlə üç qat daha çox antioksidan maddə ehtiyatı var.

2. Şokolad eyni zamanda zəngin kalsium qaynağıdır. Bu da sümüklərin möhkəmlənməsini təmin edir.

3. Şokolad keçmişdən günümüzə qədər, xüsusilə qadınlarda psixoloji cəhətdən müsbət təsirlərə malikdir. Şokolad qadınların özlərini yaxşı hiss etmələrini təmin edən endorfin ifraz etdirir.

4. Harvard Tibb Akademiyası mütəxəssisləri kakaonun yüksək təzyiqi saldığını təsdirləyirlər. 

5. Güclü dişləri təmin edən florid baxımından da zəngin olan şokolad stresslə mübarizədə faydalı olan kaliumu da ehtiyatda saxlayır.

6. Bristol Universiteti həkimlərindən Peter Barham şokoladın içində olan bir maddənin xəbərdaredici təsiri olduğunu və bunun sayəsində insanın özünü yaxşı hiss etdiyini deyir.

7. Şokolad özündə böyük miqdarda mis də ehtiva edir. Mis bədənin dəmiri içində əritməsinə köməkçi olur. Bu da dəriyə damarlara və toxumalara faydalı olur.

8. Kaliforniya Universiteti mütəxəssisləri hər gün az miqdarda şokolad yemənin qanda laxtalanmanı önlədiyini deyirlər. Bu da ani ürək böhranlarının qarşısını alır. 

9. Şokolad eyni zamanda adama enerji verir və digər şirniyyatlarla müqayisədə qanda şəkəri sürətli yüksəltmir.

10. İmmunitet artırma sistemi üçün faydalı dəmir və sink şokoladda bolluca var. Bu dad hər dərdə dərmandır.

11. Qəhvə içmək yerinə şokolad yemək çox daha faydalıdır. Çünki şokoladda qəhvəyə nisbətdə daha az kofenin var.

12. Şokolad digər şirin qidalara baxanda, dişlərin sağlamlığına daha zərərsizdir; çünki südlü şokolad yüksək miqdarda zülal, kalsium və fosfatı birləşdirir. Bu maddələr də diş minasını qoruyur.

13. Şokoladdakı doymuş yağ qandakı xolesterol səviyyəsinin artmasına səbəb olmur.

Beləliklə, dünyada demək olar ki, hər kəsin sevə-sevə yediyi qida - şokalad və onun faydaları haqqında məlumatlandıq. Amma...

Bu sözlə də razıyam: Bir inci saflığı olsada suda, artıq içiləndə dərd verir o da...  

Hər şeydən qədərində istifadə edin. //milli.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir