Əhmədinejad: “Ermənistanla olan münasibətlərimizi danmırıq”

Bütün Xəbərlər
12:32 24.12.2010
1599

“Biz millətlərin davasını istəmirik. Biz bütün münaqişələrin ədalət və dialoqla həllinin tərəfdarıyıq. Müharibə hər kəsə pislik gətirir”. Bu sözləri İstanbulda ANS-in İran-Ermənistan münasibətlərinə dair sualını cavablandıran İran prezidenti Mahmud Əhmədinejad deyib.

“ “WikiLeaks”də bizim üçün nə yazılır və ya sizin jurnalistlər bunu necə şərh edir bu əsas deyil. Əsas olan bizim Azərbaycan dövləti ilə olan münasibətlərimizdir. Azərbaycan bizim ən yaxın dostumuz və ən yaxın qonşumuzdur. Bizim Azərbaycanla həm tarixi, həm də dərin mədəni əlaqələrimiz var. Biz Azərbaycan xalqının bütün hüquqlarını dəstəkləyirik”, - deyə İran prezidenti vurğulayıb.

Ölkəsinin Ermənistanla münasibətlərinə toxunan Əhmədinejad iki ölkə arasında olan münasibətləri danmadığını bildirib:

“Ermənistanla olan münasibətlərimizi də danmırıq. Deyirsiniz, Qarabağla bağlı bir böhrana girmişik. Bu belə deyil. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz məsələnin dioloq yolu ilə və ədalətli həlli üçün Azərbaycan hökumətinə kömək etmək niyyətindəyik. Bu istəyimizi rəsmi Bakıya bildirmişik. Bu gün də təklifimiz qüvvəsindədir”. 

 

OXŞAR XƏBƏRLƏR