Mərasimdə məqalə göndərənlərin əksəriyyəti iştirak edirdi. Tədbir AEGEE-Bakı Prezidenti Fərid Nağının açılış nitqi ilə başladı.Daha sonra AEGEE-Bakı İdarə Heyyətinin üzvləri öz ürək sözlərini bildirdilər.
Sonda isə müsabiqənin qaliblərinin adları müəyyən olundu.Beləliklə:
1-ci yer: Gülnar Quliyeva ( İnsan hüquqları-Mənim hüquqlarım mövzusunda yazdığı məqaləyə görə)
2-ci yer: Samir Qədirov (Gəncəm,Aktivəm mövzusunda yazdığı məqaləyə görə)
3-cü yer: Peykər İbrahimova (Milli dəyərlər və Avropaya inteqrasiya mövzusunda yazdığı məqaləyə görə)
2-ci və 3-cü yeri tutan şəxslər AEGEE-Bakı köynəyi və diplom,1-ci yerin sahibi 11,12,13 fevral tarixində keçiriləcək AEGEE WINTER CAMP-da 50% güzəştlə iştirak edəcək ve qalib eyni zamanda AEGEE-Bakı köynəyi və diplomla da təltif olundu.