66 yaşlı Joa Batista Groppo , həyat yoldaşını zirzəmidə kilidli saxladığına görə həbs olunub. Hadisədən xəbərdar olan polis, yaşlı adamın evinə basqın edib. Onlar gördükləri mənzərə qarşısında heyrətlərini gizlədə bilməyiblər.
Polis böcəklərlə dolu zirzəmidə Sebastiana Aparecida Groppu çılpaq halda kilidlənmiş olaraq tapıb.
Joao Batista Groppo, arvadının ruhi problemləri olduğunu, ona görə onu otaqda kilidli saxladığını deyib.
Araşdırma aparan polis qadının problemləri olduğunu ancaq xəstə olmadığını müəyyən edib.