“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyindən AZXEBER.COM xəbər portalının redaksiyasına hesabat tipli məktub gəlib. Yazını olduğu kimi təqdim edirik.
Bildiyiniz kimi “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi ürək qüsurlu uşaqların müalicə və əməliyyatı üçün əlindən gələni əsirgəmir. Bu işdə İctimai Birliyə daim əməkdaşlıq etdiyi dostları kömək olur. Bu ərəfədə İctimai Birliyimizin köməyi ilə düz 45 ailədə sevinc yaşandı. 45 balaca sağlam həyata qayıtdı. Fəaliyyət göstərdiyimiz 6 il ərzində isə bu rəqəm 608-ə çatdı. 608 körpə sağlam həyata qovuşub, gələcəyə daha inamlar addımlayır.
Qeyd edək ki, Abbasovlar ailəsində (Əlaqə nöm.:050 502 49 53, 055 300 30 17) bacı və qardaş heteroziqot forma hiperxolensterinemiya diaqnozu ilə İctimai birliyimizə müraciət etmişdilər. Təəssüflər olsun ki, qardaşın - Abbasov Şaiqin vəziyyəti çox ağır olduğu üçün həyatını xilas etmək mümkün olmadı. Bacı - Abbasova Mixenq isə əməliyyat olundu. Həkimlərin dediyinə görə əməliyyatdan sonra xəstəyə ayda bir dəfə ultra şüa verilməsi vacibdir. Ailənin maddi vəziyyəti isə bu müalicəni davam etdirmək iqtidarında olmadığı üçün birliyimiz Abbasova Mixneqi öz nəzarəti altına götürüb və hər ay onun Kiyevdə kaskad ultrafiltrasiya alması üçün lazım olan vəsaiti ayırır. Yeni dərs ili başladığı üçün İctimai Birliyimiz iki maddi imkanı zəif olan ailənin övladlarının təhsil haqqını ödəyib. Bu gördüyümüz işlərin bir hissəsidir. Göstərilən yardımlar nəticəsiz qalmayıb, yüzlərlə ailənin sevincinə, yüzlərlə uşağın sağlam həyata qovuşmasına səbəb olub. Amma bununla yanaşı yüzlərlə ailə yenə də kömək gözləyir, yüzlərlə uşaq sağlam ürəklə yaşamaq üçün mübarizə aparır. İnanırıq ki, əl-ələ verib umidlə bizə müraciət edənlərin köməyinə çatacayıq. Bunun üçün biz yenə bir olmalıyıq. Bu işlərin görülməsində hər birinizin əməyi var. İnanırıq ki, gələcəkdə də ehtiyacı olan insanlara bizimlə bir yerdə köməklik etməkdə əlinizdən gələni əsirgəməyəcəksiniz. Allah hər birinizdən razı olsun. Uşaqların Xoşbəxt Gələcəyi üçün gəlin əl-ələ verək!!!