AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ötən gün yaydığı müraciətində Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı olan qızından və nəvələrindən 5 gündür heç bir məlumat ala bilmədiyini qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili Devid Heyq bu hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib.
Məlumat üçün qeyd edək ki, cütlük uzun illərdir övladlarının himayəsi ilə bağlı mübarizə aparır və bir-birini uşaqları qaçırmaqda ittiham edirlər.











































