5 yaşlı "Gənc Liderlər"

5 yaşlı "Gənc Liderlər"
GƏNCLİK
07:05 01.06.2011
2263

2009-cu ilindən etibarən isə təşkilat fəaliyyətini həm də gənclər təşkilatı kimi davam etdirib. Hazırda təşkilatın tərkibində 45 məktəbi və 6 univerisiteti təmsil edən 600-dən artıq gənc birləşib. Təşkilat məktəbli və gənclərin könüllük prinsipi ilə toplaşdığı, ölkədə gedən islahatlara dəstək nümayiş etdirən gənclər birliyidir.

Təşkilat 5 illik fəaliyyəti dövründə 600-dən artıq tədbir və layihə reallaşdırıb.

«Gənc Liderlər»in fəaliyyəti Azərbaycanın bir sıra dövlət qurumları, Milli Məclisin deputatları, rayon icra hakimiyyətləri, media və QHT-lər tərəfindən dəstəklənir.

«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı özünü, fikirlərini ifadə etməyi bacaran, bütün istiqamətlər üzrə istedadını nümayiş etdirə bilən gənclərə öndə olmaq, fəaliyyətini daha da genişləndirmək imkanı yaradır.

 

OXŞAR XƏBƏRLƏR