Britaniyanın balaca sakini Tilli Souford 15 aylıq olanda qaynar suyun içinə düşəndən bəri dəri köçürülməsi ilə bağlı 321 cərrahiyyə əməliyyatına məruz qalıb.
Tillinin bədənində dəhşətli yanıqlar yaranmış, onun dərisinin 86 faizi yanmışdı. Qızın yalnız üzü xəsarətsiz qalmışdı. Hakimlər onun sağ qalma şansının 5 faiz olduğunu deyirdilər. Buna rəğmən, balaca Tilli 321 cərrahiyyə əməliyyatına məruz qaldı və indi deyir, gülür, oynayır. İngiltərənin Nottingempşir qraflığındakı Strilli şəhərində yaşayan Tilli 2009-cu ilin martında yanmışdı. 15 aylıq Tilli vannanın içindəki oyuncağı götürmək istəyəndə kiçik qardaşı təsadüfən isti su kranını açmışdı. Müvazinətini saxlaya bilməyən Tilli də qaynar su ilə dolu vannaya düşmüşdü. AnasıEmma Soufordqışqıraraq vanna otağına girib, qızını qaynar sudan çıxarıb. Lakin Tilli artıq yanmışdı. "İkinci mərtəbədəki otaqları yığışdırırdım. Aşağıya, paltaryuyan maşını yoxlamağa düşəndə Tillinin qışqırığını eşitdim. Onu heç vaxt tək qoymurdum. Amma Tillinin başı oynamağa elə qarışmışdı ki, ona mane olmadım. Tillini vannadan çıxaranda balam huşunu itirmişdi. Dərisi də tikə-tikə əlimdə qalırdı", - 26 yaşlı Emma deyir. Emma və əriKayldərhal Tillini Birmingham Children's Hospital-a aparıblar. Burada Tilli 12 saatlıq cərrahiyyə əməliyyatına məruz qalıb. "Həkimlər dedilər ki, Tillinin yaşamaq şansı 5 faizdən artıq deyil. Biz də artıq dəfnə hazırlaşırdıq. Tanrı bizi bağışlasın..." - Tillinin atası Kayl Souford deyir. Lakin Tilli ölümə təslim olmadı, 321 əməliyyat keçirdi. Cərrahlar Tillini normal vəziyyətə gətirmək üçün köpəkbalığı qığırdağı və inək kollagenindən istifadə ediblər. Həkimlərin dediklərinə görə, onlar indiyədək belə yanıq halları ilə qarşılaşmamışdılar. Üstəlik, Tillinin əhvalatı dünya tibbində ən unikal sağalmalardan biri sayılır.
Milli.az