548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək

548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək
DÜNYA
00:33 07.11.2026
39
ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom bütün ölüm hökmü məhkumlarının cəzasını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəzləyib.

Qubernator bu barədə ştat sakinlərinə ünvanladığı açıq məktubda məlumat verib.

Nyusom qərarını konstitusiyanın ona verdiyi əfv səlahiyyətindən istifadə etməklə qəbul etdiyini bildirib. Onun sözlərinə görə, təxminən 30 ildir ölüm hökmlərinə qarşı çıxır və bu cəza Kaliforniyanın müdafiə etdiyi dəyərlərə uyğun deyil.

ABŞ mediasının məlumatına görə, qərarın 548 məhkuma şamil olunacağı gözlənilir. Kaliforniya ölkədə ölüm hökmünə məhkum edilmiş şəxslərin sayına görə ilk sırada yer alır.

Qeyd edək ki, ştatda sonuncu edam 20 il əvvəl həyata keçirilib. Qevin Nyusom 2019-cu ilin martında da ölüm hökmlərinin icrasının dayandırılması ilə bağlı sərəncam imzalayıb.
 
///bakuws
OXŞAR XƏBƏRLƏR