55 yaşlı kişi 10-cu dəfə damarlarını doğradı

55 yaşlı kişi 10-cu dəfə damarlarını doğradı
Bütün Xəbərlər
14:35 30.10.2012
884
Oktyabrın 30-na keçən gecə Bakıda 55 yaşlı kişi damarlarını doğrayıb.
Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsindən verilən məlumata görə, 1957-ci il təvəllüdlü Akif Cəfərov ağır vəziyyətdə Elmi Tədqiqat İnstitutuna yerləşdirilib. Hər iki bilək nahiyəsində dərin kəsiklər olan kişinin həyatı xilas edilib. O, polisə ifadəsində bildirib ki, narkotik aludəçisidir. Lazımi dozada narkotik tapmayanda isə damarlarını doğramaq məcburiyyətində qalır. Bundan əvvəl təxminən 10 dəfə damarlarını doğradığına görə xəstəxanaya düşüb.Hazırda A.Cəfərovun müalicəsi davam etdirilir.
OXŞAR XƏBƏRLƏR