600 min nəfərə aprel üçün 190 manatın ödənilməsi yekunlaşdı

600 min nəfərə aprel üçün 190 manatın ödənilməsi yekunlaşdı
İQTİSADİYYAT
09:44 06.05.2020
1158

İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.

Bu barədə AZXEBER.COM-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair ödənişlərin olunması prosesi yekunlaşıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib. Onlar göndərilən SMS-lərdə göstərildiyi qaydada poçt şöbələrindən və ya bank fililallarından vəsaitlərini alıblar.

May ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyi sifarişi ilə hazırlanan kartlar banklar tərəfindən hazırda onlara təqdim edilir.

Digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, Nazirlik bu sahədə də şəffaflıq və ictimai açıqlıq prinsipini rəhbər tutur. Bu məqsədlə, birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısını da Nazirlik rəsmi saytında yerləşdirib. (https://sosial.gov.az/FWsiyah%C4%B1s%C4%B1/Siyahi600.pdf)

Xatırladaq ki, ötən dövrdə həmçinin,

- ünvanlı dövlət sosial yardımı alanların siyahısı (https://sosial.gov.az/udssiyahi),

- imtiyazlı şəxslərin mənzil və fərdi ev növbəliliyi siyahısı (https://sosial.gov.az/novbeyedayananvetendashlarinsiyahisi),

- imtiyazlı şəxslərin avtomobil növbəliliyi siyahısı (https://sosial.gov.az/avtomobilleteminat),

- mənzillə təmin edilənlərin siyahısı (https://sosial.gov.az/menzilleteminat),

- avtomobillə təmin edilənlərin siyahısı (https://sosial.gov.az/avtomobilleteminat),

- ödənişli ictimai işlərə cəlb edilənlərin siyahısı (https://sosial.gov.az/list-of-persons-involved-in-social-work) da Nazirliyin saytında yerləşdirilib.

Eyni zamanda, özünüməşğulluq proqramına cəlb edilənlər və onlara təqdim edilmiş aktivlər, aktivlərin təhvil verilməsini əks etdirən rəsmi sənədlər (skan edilmiş formada), foto və videomateriallar da saytda (https://mas.mlspp.gov.az/selfemployment/) yer alıb.  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə