600 mindən çox istifadəçi “Mənim Bakcellim”i seçir

600 mindən çox istifadəçi “Mənim Bakcellim”i seçir
İQTİSADİYYAT
15:28 15.05.2020
1189
600 mindən çox aktiv istifadəçisi olan "Mənim Bakcellim” ölkənin mobil operatorları tərəfindən təqdim olunan tətbiqetmələr arasında ən çox seçilən proqramdır.

AZXEBER.COM xəbər verir ki, bu aplikasiya 600 min dəfədən çox yüklənilməklə Azərbaycanın telekom tətbiqetmələri arasında ən yüksək reytinqi qazanıb. Bundan əlavə, "Mənim Bakcellim” ümumi reytinqlərdə də yüksək nəticə göstərərək Azərbaycanın ən populyar pulsuz tətbiqetmələri sırasında yer alıb. Həmçinin, istifadəçilərin 83 faizi bu tətbiqetməyə 5+ reytinqini verib.

Abunəçiləri ən üstün müştəri təcrübəsi ilə təmin etmək məqsədilə iki il bundan əvvəl istifadəyə verilmiş bu virtual müştəri xidmətləri aləti məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur. "Mənim Bakcellim”dən tamamilə pulsuz istifadə edən abunəçilər eyni zamanda balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları asanlıqla əldə edə bilirlər. Bundan əlavə, "Mənim Bakcellim” istifadəçiləri zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Həmçinin, Bakcell xidmətlərinə aid suallara tez bir zamanda cavab almaq üçün onlayn çat funksiyası vasitəsilə Bakcell əməkdaşları ilə əlaqə saxlamaq mümkündür.

"Bakcell öz abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün böyük işlər görür. Biz "Mənim Bakcellim”i bazarda ən seçilən və ən yüksək reytinqlərə malik olan aplikasiya kimi görməkdən çox məmnunuq. "Ookla” tərəfindən dəfələrlə ən üstün və ən sürətli mobil şəbəkə olaraq tanınan Bakcell şəbəkəsi vasitəsilə abunəçilərimizə yüksək keyfiyyətli xidmət göstərmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.

"Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün "Google Play” və "Appstore” portallarından pulsuz yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda "Mənim Bakcellim” proqramının "desktop” versiyasından yararlana bilərlər.
 
Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
19:31 04.06.2026
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
19:19 04.06.2026
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı