7 əsgərin meyitinin ekspertizası başa çatıb

Bütün Xəbərlər
20:56 21.02.2011
1894

7 nəfər hərbi qulluqçunun meyiti məhkəmə-tibb eksperti tərəfindən müstəntiqlərin iştirakı ilə müayinə edilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülərək cinayət işinin istintaq materiallarına əlavə olunmaqla digər zəruri istintaq tədbirləri yerinə yetirilib. 

Respublika Hərbi Prokurorluğunda yaradılan istintaq qrupu tərəfindən hadisənin baş vermə səbəbləri və sair halları müəyyən etmək məqsədi ilə müvafiq ekspertizalar təyin olunmaqla icraya yönəldilib, digər təxirəsalınmaz intensiv istintaq hərəkətlərinin yerinə yetirilməsi davam etdirilir. 

Xatırladaq ki, fevralın 20-də saat 9.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) dünyalarını dəyişiblər. 

Ağır cinayət hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

OXŞAR XƏBƏRLƏR