700 bal yığan tələbənin acı taleyi AZXEBER.COM-da

700 bal yığan tələbənin acı taleyi AZXEBER.COM-da
GƏNCLİK
09:31 14.12.2010
20014

Naxçıvan şəhərindəki Naxçıvan Türk Liseyinin məzunu olan Emil Məmmədhəsən oğlu Əliyev 29 iyun 2008-ci il tarixdə III ixtisas qrupu üzrə ali məktəblərə keçirilən test imtahanlarında bütün sualları düzgün cavablandırmaqla bu ixtisas qrupunda maksimum nəticə qazanan ilk abituriyent kimi tarixə düşüb. Həmçinin E.Əliyev muxtar respublikada da 700 bal toplayan ilk tələbə kimi yadda qalıb. Elə bugünkü müsahibimiz də Emil Əliyevdir. Emil suallarımızı məmnuniyyətlə cavablandırdı..

 

 - Emil, zəhmət olmasa, oxucularımıza özünüz haqda məlumat verərdiz...

 

- Emil Məmmədhüseyn oğlu Əliyev 1991-ci ildə Babək rayonunda anadan olmuşam və 1997-ci ildə Babək qəsəbə orta məktəbinə yollanmışam. 2003-cü ildə Naxçıvan Türk Liseyinə qəbul olunmuşam. 2008-ci ildə üçüncü ixtisas qrupu üzrə 700 balla Bakı Dövlət Universiteti Beynəlxalq Hüquq fakültəsin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olmuşam.

 

- Nəyə görə Bakı Dövlət Universitetinə üstünlük verdin?

 

 - BDU zəngin tarixi olan universitetdir. Fakültəyə gəldikdə isə mənim uşaqlıqdan siyasətə marağım olub. Beynəlxalq Münasibətlərdə daha geniş imkanlar var. Mən Politologiyanı da seçə bilərdim, Politologiya özü Beynəlxalq Münasibətlərin bir qoludur və daha perspektivli olduğu üçün hazırkı fakültəmi seçdim. Bu fakülədə mən həm beynəlxalq hüququ öyrənirəm, həm iqtisadi münasibətləri, həm də beynəlxalq iqtisadiyyatı.

 

- 700 ballı bir tələbənin həyatı da maraqlı olmalıdır. Ümumiyyətlə, universitet həyatı haqda bir az danışaq. BDU-da çətinliklə qarşılaşmısınızmı?

 

- Bildiyiniz kimi, orta məktəb proqramı çox ağırdır. Abituriyentlər 10-11-ci siniflərdə çox yüklənirlər. Məndə də həmin vəziyyət idim və 700 bal yığıb universitetə girəndən sonra ruhdan düşdüm. Birinci semestri o qədər də yaxşı oxumadım, dərslərə getmirdim, qaibim çox idi. Səmimi olsaq deyə bilərəm ki, ən əsas gözlədiyimi ala bilməmişdim. Prezident təqaüdündən kəsildim. 2-ci semestr ümumiyyətlə dərsə getmədim və bunun nəticəsində az qala universitetdən qovulacaqdım, bəlkə də, yığdığım bala görə mənə güzəşt etdilər. Nəticədə, kursda qaldım və bir il geriyə düşdüm.

 

- 700 bal yığmaq 11-ci sinifdə oxuyan şagirdin ən böyük arzularındandır. Amma sən ən böyük arzuna çatsan da, universitetdə rahatlıqdan daha çox problemlə qarşılaşdın. Hazırki abituriyentlərə nə demək istərsən?

 

- Onlara demək istərdim ki, qalibiyyət üçün 3 şey lazımdır: Ürəkdən istəmək, yəni ki, heç kimin məcburiyyəti olmadan, bir şeyi istəsəz ona mütləq çatacaqsız. Daha sonra ümidli olmaq lazımdır və ən əsası isə əzmlə çalışmq mütləqdir.

 

- İlk sınaqdan neçə bal yığmışdın?

 

Mən sınaqlardan 250-260 balla başlamışam. Sonra öz üzərimdə işləyərək bu rəqəmi qaldırdım. Onu da qeyd edim ki, heç bir sınaqda 700 bal yığmamışdım. Çox sevinirəm ki, sonda zəhmətimin bəhrəsini gördüm.

 

- Bəs 700 bal yığanacan nəyisə qurban verdinizmi?

 

-  Mən sağlamlığımı qurban verdim, indi də onun acısını çəkirəm. İndi görürəm ki, insanın can sağlığı, ağrısız-acısız yaşaması hər şeydən önəmlidir.

 

- Səncə dəyərdimi bütün bu əziyyətə?

 

- Məncə bu qədər şeyə baxmayaraq dəyər. Bir şey də var ki, mən abituriyent olan vaxtdı özümü sırf oxumağa verməmişdim. O vaxtlar idmanla da məşğul edim, dostlarımla çayxanaya da tez-tez gedirdim. Universitet mənimçün məqsəd deyildi, vasitə idi Azərbaycanda bir fikir var ki, çoxları universiteti məqsəd kimi görürlər. Bu səbəbdən universitetə qəbul olanda ruh düşkünlüyü yaranır, qəbul olmayanda isə həyatdan küsürlər, belə olmamalıdır. Abituriyentlərə demək istərdim ki, universitet məqsəd yox, vasitə olmalıdır. Gələcəkdə uğurlu karyera qurmaq üçün vasitədir universitet. Universitet çox şeydir, amma hər şey deyil. Başqa sahələrə gedib daha böyük uğur qazana bilərsiz, nəinki 4 il diplom dalınca boş-boşuna universitetə gələsiniz.

 

- Bayaq qeyd elədiniz ki, universitet məqsəd olmalı deyil. Bəs Emil Əliyevin bundan sonraki məqsədi nədir?

 

- Vətənimə, millətimə xeyirli övlad olmaq istəyirəm.

 

- Sənə bu yolda uğurlar...

- Təşəkkürlər minnətdaram AZXEBER.COM portalına. Abituriyentlərə də demək istərdim ki, əgər ürəkdən istəsəz uğur sizinlə olacaq.

 

Söhbətləşdi: Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
18:10 18.10.2026
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
18:06 18.10.2026
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi