78 yaşlı aparıcı canlı efirdə yandırıldı

78 yaşlı aparıcı canlı efirdə yandırıldı
Bütün Xəbərlər
08:12 31.10.2012
1153
Boliviyanın Yakuiba şəhərində bir jurnalistə canlı efirdə hücum ediblər.
AZXEBER.COM-un Rusiyanın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Fernando Vidal adlı şəxs sahib olduğu “Radio Popular”da veriliş apararkən naməlum şəxslər studiyaya daxil olublar. Onlar onun üzərinə benzin tökərək od vurublar.78 yaşlı Vidal və radionun digər bir işçisi aldıqları ağır xəsarətlər üzündən xəstəxanaya yerləşdirilib. Vidalın üzü, qolu və sinəsində ciddi yanıq yaraları meydana gəlib. Şahidlər basqın edən şəxslərin 4 nəfər olduğunu bildiriblər.Vidal hadisə baş verən zaman sərhəd bölgələrindəki qaçaqmalçılıq barədə və hakimiyyət əleyhinə məlumatlar verirdi.
OXŞAR XƏBƏRLƏR