8 Noyabr tarixə qızıl hərflərlə yazıldı

8 Noyabr tarixə qızıl hərflərlə yazıldı
SİYASƏT
12:22 08.11.2022
654
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin güclü siyasəti, gərgin əməyi, Şanlı Ordumuzun peşəkarlığı, igid vətən övladlarının qəhrəmanlığı nəticəsində Azərbaycan düşmən üzərində qələbə çaldı. İşğal altında qalan torpaqlarımız geri qaytarıldı.

Xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Ölkəmiz bütün istiqamətlərdə inkişaf yolunu tutdu. Qazanılan hər bir nailiyyət bizi ərazi bütövlüyümüzü təmin etməyə və üçrəngli bayrağımızı Vətənimizin hər bir guşəsinə sancmağa aparırdı. 

Qazandığımız bu misilsiz Zəfər, güclü ordu quruculuğu və eyni zamanda iqtisadi inkişaf uğurlu dövlət siyasətinin nəticəsidir. 30 ilə yaxın müddətdə Azərbaycanda dünya standartlarına uyğun, yüksək döyüş qabiliyyətli ordu yaradıldı. Ordunun döyüş qabiliyyəti ilbəil möhkəmləndi, müasir silahlar alındı, dünyanın müxtəlif ölkələrindən ən müasir texnikalar ölkəmizə gətirildi. 28 ildə möhkəmlənmiş, keçilməz dedikləri sədləri qısa müddətdə keçməyimiz göstərirdi ki, ordu quruculuğu və silahlanma siyasətimiz düzgün aparılmışdır. Əlbəttə ki, iqdisadiyyat müharibənin əsas amillərindən biridir. Doğru iqdisadi yüksəliş qələbənin reallaşmasına təkan verdi. 

Bütün regional layihələrdən kənarda qalan Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələrlə regionda təmamilə yeni mənzərə yaratdı. Təbii ki, bunlar Azərbaycanın Beynəlxalq nüfuzunu gücləndirdi. Beynəxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı.
Ermənistan 2020-ci ilin sentyabr ayında növbəti təxribata əl atdı. Müxtəlif istiqamətlərdən ölkəmizin ərazisini atəşə tutdu. Ordumuz Ali Baş Komandanın əmrini gözləyirdi. 2022-ci il sentyabr ayının 27-də Ali Baş Komandanımız səəfərbərlik elan etdi. Azərbaycanın igid, vətənpərvər övladları könüllü olaraq cəbhəyə yollandılar və bununmla da Vətən Müharibəsi başladı. Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədiylə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks əməliyyata başlaması barədə əmr verildi.

Müharibə dövründə xalqımız öz birliyini və gücünü göstərə bildi. On minlərlə insanın orduya könüllü yazılması, eləcə də təxribatlar zamanı təmas nöqtəsində olan kənd sakinlərinin evlərini tərk etməməsi faktı xalq-ordu birliyini və orduya olan inamın göstəricisidir.

44 gün ərzində hər gün Ordumuz irəli gedirdi. Hər gün torpaqlarımız qarış-qarış düşməndən təmizlənirdi. Hər gün insanlar Ali Baş Komandanın verəcəyi yeni müjdələri səbirsizliklə gözləyirdi. 30 ilə yaxın həsrət qaldığımız vətən torpaqları düşməndən təmizlənirdi. Qeyrətli vətən oğullarının Füzulidən başlayıb Şuşanın fəthi ilə qurtaran Zəfər yürüşü ilə... Qələbə bizimlə oldu. Zəfər çaldıq. 8 noyabr igidlərimizin qanı ilə tarixə qızıl  hərflərlə yazıldı.

Mənim həyat yoldaşım Veysəl Musibov da bizdən çox sevdiyi vətən üçün canını verdi. Şəhidlik zirvəsinə ucaldı. Əbədiləşdi, tarixləşdi. Vətən oğlu vətənin oğlu oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Mən isə onun yarımçıq qalmış arzularını-övladları 6 yaşlı Nilayı və 4 yaşlı Yadullanı qürurla, fəxrlə böyüdürəm.
Qələbən mübarək, Azərbaycan!

Məryəm Müsibova
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Veysəl Müsibovun həyat yoldaşı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
21:11 07.10.2026
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
21:06 07.10.2026
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
21:00 07.10.2026
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
20:53 07.10.2026
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
20:49 07.10.2026
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
20:44 07.10.2026
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
20:40 07.10.2026
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:32 07.10.2026
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
20:29 07.10.2026
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Bakıda kişi su pulu üstündə arvadını döydü
20:27 07.10.2026
Bakıda kişi su pulu üstündə arvadını döydü
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı