8 yaşlı qızı öldürüb 17 il gizlənən ana həbs edildi - TƏFƏRRÜAT
Bütün Xəbərlər
14:00 16.10.2012
1626
Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi, Yasamal RPİ və Lerik RPŞ əməkdaşları axtarışda olan qadını yaxalayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 102-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Zeynəb Mahmudova tutulub.1949-cu il təvəllüdlü Z.Mahmudova Lerik rayon sakinidir. O, 90-cı illərin əvvəlində Lerik rayonunun Lələkəran kəndinə gəlin köçüb. Z.Mahmudovanın ailə qurduğu kişinin həyat yoldaşı vəfat edibmiş və o həmin evə gəlin köçərkən evdə azyaşlı uşaqlar olub. 1995-ci ildə Z.Mahmudova həyat yoldaşının birinci arvadından olan 8 yaşlı qızını küt alətlə vuraraq öldürüb. Həmin vaxt polis azyaşlı qızın analığı tərəfindən öldürüldüyünü bilsə də, qadının himayəsində azyaşlı uşaqlar olduğundan o, həbs edilməyib. Z.Mahmudovanın dillindən yazılı iltizam alınıb. Z.Mahmudova isə əməlinə görə nə vaxtsa həbs ediləcəyini yəqin edəndən sonra evdəki pulu və azyaşlı övladını da götürərək, aradan çıxıb.Qadın müəmmalı şəkildə yoxa çıxdıqdan sonra axtarışa verilib. O, elə həmin ildə Bakıya gələrək müxtəlif yerlərdə gizlənib. Bu müddətdə qadın bütün sənədlərini dəyişib, müxtəlif yerlərdə qeyri-rəsmi işləyib. Lakin hüquq-mühafizə orqanları əməkdaşlarının səyi nəticəsində Z.Mahmudovanın yerini müəyyən etmək mümkün olub. Bəlli olub ki, Z.Mahmudova Bakı şəhərinin Yasamal rayonu ərazisində yaşayır və orada işləyir.Z.Mahmudova hazırda Bakı istintaq Təcridxanasında saxlanılır. Araşdırmalar davam etdirilir.