21:19 Cümə Axşamı, 27 Fevral 2020
DÜNYA

82 yaşlı baba məktəbə gedir- FOTO

13:52, 11.12.20192660
82 yaşlı baba məktəbə gedir- FOTO

Türkiyədə kişi 82 yaşında məktəbə getmək arzusunu reallaşdırıb.

Zonquldaq vilayəti Kozlu rayonunda yaşayan üç övlad, yeddi nəvə sahibi olan Sıdtık Budaq çantasını kürəyinə ataraq, məktəbə gedir.

 

İndiyə qədər maddi imkansızlıqdan özü təhsil ala bilməyən Budaq övladlarının təhsil almasına kömək edib.

"80-90 yaşında universitetlərə imtahan verənlər var. Hədəfim bu deyil. Sadəcə, oxuyub-yazmağı öyrənmək istəyirəm. Həyat su kimi axıb gedir”, - deyən 82 yaşlı şagirdin müəllimi səfər Kurnalı onun artıq qəzet oxuyub oradakı krossvordları həll edə bildiyini deyib.

 

oxu.az

XƏBƏR LENTİ