“İRƏLİ” İctimai Birliyinin Təlim Mərkəzi xaricdə təhsil, təbiət elmləri və psixologiya mövzusunda gənclərə təlimlər keçib.
İlk təlim saat 12:00-da “Xaricdə təhsilə ilk addımlar” mövzusunda olub. Təlimi “ASAIF” İctimai Birliyinin (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) baş katibi Mikayıl Yusifov aparıb. Təlim təhsilini xaricdə davam etdirmək və başlamaq istəyən gənclərə dəstək olmaq məqsədilə keçirilib. Qeyd edək ki, “Xaricdə təhsilə ilk addımlar” mövzusunda təlimlər davamlı olacaq.
Digər təlim saat 14:00-da “Mavi planet Yer kürəsi və ekoloji sfera” mövzusunda keçirilib. Təlimi mövzu üzrə təlimçi Rövşən Əkbərov aparıb. Təlim təbiət elmləri, fəlsəfə və sosial elmlərin qarşılıqlı əlaqəsi, biomüxtəlifliyin yaranma səbəbləri və digər mövzuları əhatə etmişdir. Adı çəkilən təlim növbəti həftələrdə də keçiriləcək.
Günün sonunda isə saat 16:00-da “Psixologiya və Mən” mövzusunda təlim baş tutub. Təlimi Xəzər Universitetinin Psixoloji Məsləhət və Psixoterapiya Mərkəzinin direktoru Ülkər İsayeva keçib. Psixologiyanın tarixi və məşhurları, psixoloji xidmət nədən ibarətdir, maraqlı psixoloji nəzəriyyələr kimi mövzuları əhatə edən təlim gənclərin böyük marağına səbəb olub.
Ümumilikdə gənclər tərəfindən böyük maraqla qarşılanmış təlimlərin davamlı olmağı planlaşdırılır. “İRƏLİ” İctimai Birliyinin Təlim Mərkəzi gənclərin çoxsaylı xahişlərini nəzərə alaraq bu və digər mövzularda təlimləri davam edəcək. //QayNar