“İradio” ilk beynəlxalq layihəsinə start verir

GƏNCLİK
10:18 23.02.2011
2064

“British Council” tərəfindən hazırlanan “Selector” verilişi hər həftənin çərşənbə axşamı saat 16.00-da İradioda yayımlanacaq. Veriliş 2 saat davam edəcək. Bu müddət ərzində radionun efirində yalnız Britaniya musiqisi səslənəcək. Bundan başqa musiqilər haqqında məlumat da veriləcək. Verilişin aparıcıları Sahil Nağızadə, Niyaz Əliyev və Turan Nəbizadədir.
Qeyd edək ki, ”Selector” “İrəli” radionun ilk beynəlxalq layihəsidir və hazırda dünyanın 30-a yaxın ölkəsində yayımlanır.
Təqribən 30 milyon dinləyicisi olan bu iki saatlıq proqram Birləşmiş Krallıqdan ən yaxşı yeni və populyar musiqi və musiqiçiləri təqdim edir.

OXŞAR XƏBƏRLƏR