“Bütün futbol dünyası Janonu tanıyır. O, öz ölkəsinin ən yaxşı gənc futbolçusudur. Mən əvvəllər iki 13 yaşlı yeniyetməni “Barselona”ya yönəltmişəm. Məni İspaniyada Andres İnyestanı yetişdirən şəxs qəbul edib. Onun özünün xüsusi agentliyi var. Həmin şəxs mənə Ananidze ilə maraqlandıqlarını bildirdi. Biz hələ ki, bütün transfer təkliflərini “Spartak”a ünvanlayırıq. “Barselona”nın nümayəndələri ilk növbədə ”Spartak”la danışıqlar aparmalıdırlar”, - deyə Jano Ananidzenin agenti bildirib.
Xatırladaq ki, 18 yaşlı Jano Ananidze 2009-cu ildən ”Spartak”ın şərəfini qoruyur. O, Rusiya çempionatında “Spartak”ın heyətində 31 oyunda meydana çıxaraq 4 qola imza atıb. Futbolçu Gürcüstan yığmasının heyətində 7 oyunda mübarizə apararaq 1 qol vurub.