AZXEBER.COM portalının verdiyi xəbərə görə, 12-19 yaş qrupundan 248 gənc qızın iştirak etdiyi araşdırma zamanı internet və televiziya vərdişləri, arıqlamaq və pəhriz arasındakı əlaqə müəyyənləşdirilib. Məlum olub ki, gənc qızların balanssız qidalanması və sağlamlıq problemləri “Facebook”-da keçirdikləri vaxtla bağlı artır.
Araşdırmanın maraqlı nəticələrindən biri odur ki, qızların izlədiyi seriallar da onların sağlamlığı üçün təhlükə yaradır. Mütəxəssislər ailələri və televiziyaları bu zərərli vərdişləri azaltmaq istiqamətində tədbir görməyə səsləyiblər.