“Peşəkar karyeraya uğurlu başlanğıc” layihəsi yekunlaşdı

GƏNCLİK
11:57 07.01.2011
2714

Xatırladaq ki, bu layihə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin maliyyə, Binəqədi Rayonu Gənclər və İdman İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Psixologiya İçşi Qrupunun təşkilati dəstəyilə həyata keçirilmişdir.

Layihənin bağlanış mərasimi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin inzibati binasında həyata keçirildi. Mərasimdə çıxış edən M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov Bələdiyyənin daim gənclərin layihələrinə dəstək olacağını və 2011 - ci  ildə də gənclərlə işin daha geniş müstəvidə aparılacağını bildirmişdir.Daha sonra gənclər qarşısında çıxış edən Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov dövlət gənclər siyasəti barəsində məlumat vermiş, gənclərlə iş sahəsinin ölkənin prioritet məsələlərindən biri olduğunu qeyd etdi. Ardınca ƏSMA TGT-nin sədri Şəhriyar Möhsümov layihənin hesabatını təqdim etdi. O bildirdi ki, layihə çərçivəsində “Natiqlik “Komanda işi”, “Liderlik”, “Layihə yazılışı və idarə edilməsi” mövzusunda təlimlər həyata keçirilmişdir. Layihədə ƏSMA-nın 25 nəfər tələbəsi iştirak etmişdir.

 

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edildi.

 

Qeyd edək ki, “Peşəkar karyeraya uğurlu başlanğıc” layihəsi 2010-cu il 14 dekabr tarixində başlamışdır.

OXŞAR XƏBƏRLƏR