“Qadınlara qarşı edilən Gender əsaslı Zorakılığın aradan qaldırılmasında əsas məsuliyyəti kişilər daşıyır”

GƏNCLİK
21:27 06.12.2010
2588

 

10 məktəbin 24 komanda ilə təmsil olunduğu və 10 məşqçi, 9 hakimin iştirakı ilə keçən turnirin mövzusu “Qadınlara qarşı edilən Gender əsaslı Zorakılığın aradan qaldırılmasında əsas məsuliyyəti kişilər daşıyır” olub. Mövzunun təsdiq və ya inkarını sübut etməyə çalışan 24 komandadan yalnız 8-i finala vəsiqə qazanıb. Kubokun sahibi isə finalda “DiViEs” komandasını məğlub edən “Skarpion” olub. Turnirdə fərqlənən 3 komanda 11-12 dekabrda Bakıda təşkil olunacaq Respublika Debat Turnirində iştirak edəcək. Bundan başqa, bu turnirin ən yaxşı spikerlərindən ibarət təşkil olunacaq komanda da respublika turnirinə vəsiqə qazanacaq.

OXŞAR XƏBƏRLƏR