'Çağ Öyrətim' 20 ildə Azərbaycana nə qazandırıb? - KÖŞƏ

KÖŞƏ
23:56 27.11.2012
4505
Hüseyin Qurbanov  Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrindən biri, hətta, ən böyüyü Azərbaycana gəlişinin 20 illiyini qeyd edir. Demək olar ki, müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd olan bir təhsil müəssisəsidir ÇAĞ ÖĞRƏTİM. 20 illik fəaliyyətləri dönəmində Beynəlxalq elm yarışlarında təqribən 500 dəfə Azərbaycanımızın üçrəngli bayrağının yüksəklərdə dalğalandıran savadlı gənclər yetişdirən bir təhsil müəssisəsidir ÇAĞ ÖĞRƏTİM.Gəldilər, dediklərini etdilər. Deyirdilər ki, “Elm naminə Azərbaycan üçün dünya ilə yarışırıq”. Əldə etdikləri nəticələr bunun sübutudur. 2012-ci ilə qədər keçirilən beynəlxalq elm yarışlarında 96 dəfə qızıl medal alaraq bayrağımızı zirvədə dalğalandırmışlar. 152 dəfə gümüş medal, 226 dəfə bürünc medal əldə etmişlər. Onların Azərbaycanın təhsil sisteminə verdiyi töhfə danılmazdır, göz qarşısında olan nəticələri kimsə dana bilməz, çünki. Statistik rəqəmləri yazaraq sizin bu yazıya marağınızı öldürmək istəmirəm.

20 il öncə bir qrup təhsil könüllüsü Atatürkün "Bizim rusların hakimiyyəti altında olan qardaşlarımız var,onlar azadlıqa çıxdıqda yardımlarına qoşun" sözünə yada salaraq yeni müstəqil olmuş Azərbaycana gələr, Azərbaycanda təhsil yolçuluğuna başlamaq üçün çox böyük əziyyətlə dövlət rəsmiləri ilə görüşər. Bir otaq verərlər onlara.. O otaqdan başlanar hər şey.

Ortada Azərbaycan xəritəsi, bir-bir haralara gedəcəklərini dəqiqləşdirər, adlarını ilk dəfə eşitdikləri yerlərin harada yerləşməsini öyrənər... Onlar Gələrkən avtobus ilə gəlmişdilər. Gəncədə onlar xilaskar kimi qarşılanmışdı, insanlar onların gəlişini sanki "Qafqaz-İslam ordusu"-nun 1918-ci ildəki gəlişi kimi qeyd edirdi.

Əslində xilaskar idilər onlar. Azərbaycan üçün yeni nəsil, yeni mədəniyyətin, fərqli düşünən, vətənini, millətini sevən, milli kimliyini tanıyan, hər an cəmiyyətə xeyir vermək istəyən yeni gənc nəsil yetişdirmək üçün burda idilər... Ailələrini geridə qoyub, bizlər üçün gəlmişdilər.

Bir müəllim Ağdaş Liseyində kimya labaratoriyasını genişləndirmək, uşaqların daha müasir bir otaqda eğitim almasını istər. Azərbaycanda vəsait tapa bilməz, yola çıxar Türkiyəyə doğru, yeni aldığı maşını ilə. Geridə-Azərbaycanda həyat yoldaşını qoyar və yeni doğulmuş balaca körpəni.. Gürcüstanda maşın qəzası keçirər, vəfat edər. Vəfat edərkən,dinimizə görə şəhid olar.Və ya digər bir ölkədə bir uşaq suya düşər, boğulmaq təhlükəsi qarşısında qalar... Abi suya atılar uşağın sağ-salamat qurtulmasına nail olar, lakin özün sudan çıxa bilməz. Bu 20 il ərzində Azərbaycan üçün yüzlərlə,hətta deyərdim ki, minlərlə savadlı, dünyagörüşlü,vətənini,millətini sevən gənc yetişdirdi ÇAĞ ÖĞRƏTİM!Nə yaxşı ki, gəldiniz! Nə yaxşı ki, 5 ilimi sizlərlə keçirdim. Hamınızı təbrik edirəm!Mənə "insanların problemləri sənəmi qalıb?"- deyən tanışlara,qohumlara səslənirəm : "Mənim müəllimlərim fədakar olub,abilərim fədakar olub, onlardan baxıb öyrənmişəm. Xəstə olanda başımız üstündə olublar, vaxt olub ki,yatmayıblar bizə görə... 12 yaşımdan belə insanlarla bir yerdə olduğuma görə çox şanslıyam, hər-halda..." Nə qədər pulumuz olmayanda pul aldıq sizlərdən, bəzən qaytardıq, bəzən qaytarmadıq. Halal Edin.Doğum günün mübarək olsun,Çağ Öğrətim! Doğum gününüz mübarək olsun, ÇAĞ məzunları!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı