ABŞ-da etirazlar davam edir: Bank binası yandırıldı

ABŞ-da etirazlar davam edir: Bank binası yandırıldı
DÜNYA
13:26 30.05.2020
990
ABŞ-ın Minneapolis şəhərində etirazçılar mağazaları dağıdıb və "Wells Fargo" Bankının binasını yandırıblar.

Yandırılan bank binası polis bölməsinin qarşısında yerləşir.

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində artıq üçüncü gündür ki, Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə əlaqədar etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları ABŞ-da polis özbaşınalığına son qoyulmasını və irqi ayrı-seçkiliyin aradan qaldırılmasını tələb edirlər.

Hazırda etirazlar ölkənin bir çox şəhərlərində davam edir.
 
///Azvision.az
OXŞAR XƏBƏRLƏR