ABŞ-ın Nyu-York ştatının etirazların tüğyan etdiyi Roçester şəhərindəki atışma bir neçə insanın ölümünə səbəb olub.
13 WHAM telekanalının verdiyi məlumata görə, hadisə yerində çox sayda polis var, bir neçə küçə bağlıdır.
Bir gün əvvəl Roçesterdə "Black Lives Matter” ("Qaradərililərin Həyatı Önəmlidir”) hərəkatının tərəfdarlarının növbəti mitinqi baş tutub.
Şəhərdəki etirazlar afroamerikalı Daniel Pondun ölümündən sonra başlayıb.