ABŞ lideri Əfqanıstanı hədələdi

ABŞ lideri Əfqanıstanı hədələdi
SİYASƏT
10:32 21.09.2025
212
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Əfqanıstan hakimiyyəti Baqram aviabazasına nəzarəti Birləşmiş Ştatlara qaytarmaqdan imtina edərsə, bu ölkə pis nəticələrlə üzləşəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" platformasında yazıb.

"Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə - ABŞ-yə qaytarmasa, pis nəsə baş verəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da Tramp ABŞ hakimiyyətinin Əfqanıstan nümayəndələri ilə hava bazası məsələlərini müzakirə etdiyini bəyan etmişdi.
 
///Oxu.Az 
OXŞAR XƏBƏRLƏR