ABŞ ordusu İranda 90 hərbi hədəfə növbəti zərbələr endirib

ABŞ ordusu İranda 90 hərbi hədəfə növbəti zərbələr endirib
DÜNYA
08:34 09.07.2026
278
ABŞ hərbçiləri İranda 90 hədəfə zərbə endirib və həyata keçirilən növbəti hücumlarını yekunlaşdırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb.

"CENTCOM qüvvələri İrana qarşı əlavə hücum mərhələsini tamamlayıb. Bu addım İrannın Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflətmək məqsədi daşıyır. ABŞ qüvvələri İrana məxsus təxminən 90 hərbi hədəfi vurub", - deyə açıqlamada qeyd olunub.

Komandanlığın məlumatına görə, hücuma məruz qalan hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə qurğuları, raket və pilotsuz uçuş aparatlarının saxlanma anbarları, həmçinin hərbi logistika infrastrukturu obyektləri var.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Silahlı Qüvvələri İslam Respublikası ərazisində 80 hədəfə zərbə endirib.
OXŞAR XƏBƏRLƏR