ABŞ Qasım Süleymaninin qardaşı qızı və onun övladını həbs edib

ABŞ Qasım Süleymaninin qardaşı qızı və onun övladını həbs edib
DÜNYA
19:27 04.04.2026
1006
ABŞ öldürülən İran generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızını həbs edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Qasım Süleymaninin qardaşı qızı və nəvəsi ötən gün ABŞ-da federal agentlər tərəfindən həbs edilib.

Xatırladaq ki, SEPAH-ın Qüds Qüvvələrinin komandiri Qasım Süleymani 2020-ci ildə İraqda ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb.
OXŞAR XƏBƏRLƏR