ABŞ səfirinin yazışmaları Ermənistan prezidentini çətin vəziyyətdə qoyub

ABŞ səfirinin yazışmaları Ermənistan prezidentini çətin vəziyyətdə qoyub
Bütün Xəbərlər
00:09 30.08.2011
1256

Türkiyə mətbuatı və Avropa İttifaqının internet səhifəsində dərc olunmuş xəbərlərdə bildirilir ki, “WikiLeaks” saytında ABŞ-ın Yerevandakı keçmiş səfiriMari Yovanoviçin Ermənistan rəhbərliyinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma “erməni soyqırımını” araşdırmaq üçün tarixçilərdən ibarət komissiya yaradılması təklifinə müsbət münasibəti barədə fikirləri prezident Serj Sarkisyanı çətin vəziyyətdə qoymuşdur. ABŞ səfirinin məktubunda Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollarla bağlı da maraqlı məqamlar vardır. Belə ki, Serj Sarkisyanın 2009-cu ildə Ermənistan Xarici İşlər Nazirliyində keçirdiyi toplantıda “erməni soyqırımı” iddialarının Türkiyənin tələb etdiyi kimi, tarixçilərdən ibarət komissiyada müzakirə olunmasına qarşı olmadığı və imzalanacaq protokolların ictimaiyyətin müzakirəsinə veriləcəyini söylədiyi bildirilir. Amerikan diplomatının bu məktubunun dərc olunmasından sonra, Yerevanda Serj Sarkisyana qarşı etirazlar güclənmişdir. Bundan əvvəl, Ermənistan prezidentinin BBC televiziya kanalına müsahibəsində səsləndirdiyi “soyqırımı iddialarının tanınması Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında zəruri şərt deyildir” fikri də ciddi narazılıq doğurmuşdu. Bütün bu etirazlara qarşı Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bəyanat verərək, “WikiLeaks” saytındakı sənədlərin yalan və təxribat olduğunu bildirmişdir. Onun sözlərinə görə, müxalifət bu yalanlardan daxili siyasətdə bir alət kimi istifadə edir. AzərTAc

OXŞAR XƏBƏRLƏR