ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq

ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
DÜNYA
18:48 25.06.2026
259
ABŞ zəlzələ ilə bağlı Venesuelaya axtarış-xilasetmə qrupları göndərib.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ axtarış-xilasetmə qruplarının sayı daha da artıracaq.

Rubio deyib ki, hazırda Venesuelaya lazım olan ən mühüm yardım axtarış-xilasetmə qruplarıdır.

Qeyd edək ki, Venesuelada 7.2-7.5 ballıq zəlzələ nəticəsində 164 nəfər ölüb, 971 nəfər xəsarət alıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR