Ağcabədidə gənclərlə bağlı konfrans təşkil edildi - FOTOLAR

Ağcabədidə gənclərlə bağlı konfrans təşkil edildi - FOTOLAR
Bütün Xəbərlər
18:41 31.10.2012
1093
Beyləqan, Ağcabədi və Ağdam rayon icra hakimiyyətlərində görüş keçirilib
Bu gün UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 2011-ci ilin oktyabrından icra etdiyi “Azərbaycan Gənclərinə dəstək proqramı” layihəsi çərçivəsində Ağcabədi rayonunda ikinci konfrans keçirilib. BAMF-ın İnformasiya Departamentindən Lent.az-a verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin idarəçiliyə daha yaxından cəlb olunmaları istiqamətində onları təlimləndirmək, bununla da gəncləri ətraflarında baş verən hadisələrə daha fəal diqqət yetirməyə həvəsləndirmək və müsbət dəyişiklikləri müdafiə etməkdir.
Konfransda Beyləqan, Ağdam və Ağcabədi rayonlarından layihədə könüllü çalışan təbliğat qruplarının üzvləri, UNİCEF-in ölkə direktoru Mark Herevard və qurumun digər rəsmiləri, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun rəsmisi Vaqif Seyidbəyov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Ağdam və Beyləqan rayonları icra hakimiyyətlərinin rəhbər işçiləri, hər üç rayonunun gənclər və idman idarələrinin rəisləri iştirak ediblər. Layihənin strateji məqsədlərinə uyğun olaraq hər bir rayondan VVAQ şöbələrinin müdirləri, həkim-narkoloqlar, rayonların polis şöbələrinin narkomaniya ilə mübarizə üzrə əməkdaşları, təhsil şöbələrinin müdirləri, dini icmaların rəhbərləri konfransa qatılıblar. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov layihənin cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. BAMF-ın sədri, layihənin rəhbəri Umud Rəhimoğlu sözügedən layihənin məqsəd və vəzifələrindən danışıb. UNİCEF-in ölkə direktoru Mark Herevard rəhbərlik etdiyi qurumun missiyası haqqında məlumat verib, gənclərə yönəlik layihənin vacibliyindən söz açıb. BAMF-ın beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa çıxış edərək bu günə qədər layihə çərçivəsində görülən işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. Gənclər Fondunun rəsmisi Vaqif Seyidbəyov çıxış edərək Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətindən, Gənclər Fondunun yeni yaranmasına baxmayaraq bu istiqamətdə atdığı ilkin addımlardan danışıb. Konfransda Ağdam, Ağcabədi və Beyləqan rayonlarının təbliğat qrupları fəaliyyətlərinin məqsədlərini, layihə çərçivəsində indiyədək görülən işlər barədə təqdimat aparıblar, bugünkü gəncliyi narahat edən məsələlər, qarşılaşdıqları problemlər və onların aradan qaldırılması yolları barədə təkliflər irəli sürüblər, müvafiq qurumların rəsmilərinə suallar ünvanlayıblar. Müzakirələrə qoşulanlar regionda narkotikdən istifadə, erkən evlilik və gənclərin məşğulluq məsələlərinə daha çox diqqət yönəldilməsinin vacibliyini vurğulayıblar.Qeyd edək ki, konfransdan əvvəl UNİCEF-in ölkə direktoru Mark Herevard, onun müavini Rəşid Mustafa, bu qurumun digər əməkdaşları Ayda Aylarova və Natiq Umarov, BAMF-ın sədri Umud Rəhimoğlu, və layihənin regional kordinatoru Siyab Məmmədli Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla və Ağdam rayon icra hakimiyyəti başçısının 1-ci müavini Zülfü Qasımovla görüşüb, layihənin məqsəd və vəzifələri barədə onlara məlumat veriblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır