AccessBank-ın növbəti sosial aksiyası böyük marağa səbəb oldu - FOTOLAR

AccessBank-ın növbəti sosial aksiyası böyük marağa səbəb oldu - FOTOLAR
İQTİSADİYYAT
17:50 16.09.2019
4735
Hər il olduğu kimi, bu il də AccessBank tədris ilinin başlaması ilə əlaqədar məktəblilər üçün sosial aksiya keçirib.

AZXEBER.COM xəbər verir ki, "Стоп Угроза" ("STOP Təhlükə") uşaqlar üçün təhlükəsizlik məktəbinin Bakı filialının rəhbəri Nigar Əliyevanın iştirakı ilə AccessBank-ın müştərilərinin övladlarına internetdə təhlükəsizlik, oğurluq təhlükəsi zamanı, digər həyat üçün təhlükəli və fövqəladə hallarda düzgün davranış, özünümüdafiə mövzularında təlimlər təşkil edilib. İki gün davam edən və interaktiv şəkildə keçirilmiş təlimə bir neçə qrupa bölüşdürülərək 100-dən çox uşaq qatılıb.

Təlimlər uşaqlara təhlükəli internet basqılarından, qorxu hissindən və psixoloji sıxıntılardan xilas olmaq, çətin və təhlükəli vəziyyətlərdə daha inamlı hərəkət etməkdə kömək olmaq məqsədilə keçirilib.

AccessBank-ın icraçı direktoru Günay Cəlilova: "Dərs ilinin başlanması ilə əlaqədar aktual məsələlərə həsr olunan təlimlər keçirmək qərarına gəldik. Potensial təhlükələrin qarşısının öncədən alınması olduqca önəmlidir. Bu baxımdan uşaqlarda özünəinam hissinin artırılmasına və ehtiyatlı olmalarına töhfə vermək xoşdur. Bir valideyn kimi hər birimiz uşaqlarmızın zəif nöqtələrini bilirik, lakin peşəkar trenerlərin köməyi ilə balacalarda özünəinam hissini artırmaq və təhlükələrdən uzaq etmək mümkündür. Müştərilərimizdən və uşaqlardan aldığımız xoş rəylər onu deməyə əsas verir ki, bu cür təlimlərə həm ehtiyac, həm maraq olduqca böyükdür".

Bankın müştəriləri AccessBank-ın təşəbbüsünü yüksək qiymətləndirib və əksəriyyəti bu cür təlimlərin davamlı keçirilməsini xahiş edib. Təlimlərin yaratdığı bu marağa əsaslanaraq AccessBank uşaqlar üçün bu mövzularda tədbirlərin yaxın gələcəkdə də keçirilməsini planlaşdırır.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir